Bakıda dörd yaşlı qızı öldürməkdə təqsirləndirilən şəxs həbs edildi

Bakıda dörd yaşlı qızı öldürməkdə təqsirləndirilən şəxs həbs edildi
  • Hadisə / Maraqlı

  • Bakı şəhərində quyudan meyiti tapılmış dörd yaşlı qızı öldürməkdə təqsirləndirilən Mehman Mansurovun barəsində həbs qətimkan tədbiri seçilib.

    "Leqal.az"ın məlumatına görə, Xəzər Rayon Məhkəməsinin qərarı ilə M.Mansoruvun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

    Qeyd edək ki, bir neçə gün əvvəl 2018-ci il təvəllüdlü Məryəm Hüseynlinin meyitinin Xəzər rayonu ərazisində aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Daha sonra 1990-cı il təvəllüdlü M.Mansurovun qonşuluqda yaşayan, 2018-ci il təvəllüdlü Məryəmi müxtəlif vaxtlarda döyülərək öldürdüyü məlum olub. 

    Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər