Beyləqan rayonunda avtomobil ağaca çarpılıb, ölən var.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, yanvarın 29-da saat 20:00 radələrində Beyləqan rayonunun 1-ci Şahsevən kəndi ərazisində 2-ci Şahsevən kənd sakini Elşad Məmmədov idarə etdiyi VAZ-21099 markalı avtomobili ağaca vurub.
Nəticədə xəstəxanaya yerləşdirilmiş sürücü orada ölüb.
Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsində araşdırma aparılır.