Cəlilabad rayonunda avtomobil aşıb, ölən və yaralananlar var.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, yanvarın 26-sı saat 01:00 radələrində rayonun Təzəkənd kəndi ərazisində rayon sakini V.Məmmədov idarə etdiyi “Mercedes-Benz” markalı avtomobili aşırıb. Nəticədə sərnişini Ümid Əliyev hadisə yerində ölüb, özü və digər iki sərnişini xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.
LEQAL.AZ