Bakıda kişi özünü məftillə ağaca bağlayıb yandırdı

Bakıda kişi özünü məftillə ağaca bağlayıb yandırdı
  • Hadisə

  • Sosial şəbəkələrdə yayılan videogörüntülərlə bağlı daxil olan oxu.az-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildiriblər ki, yanvarın 19-da, saat 20 radələrində 1959-cu il təvəllüdlü Nadir Həşimovun özünü məftil ilə ağaca bərkidib yandıraraq öldürməsi faktı ilə bağlı hazırda Xətai rayon prokurorluğunda araşdırma aparılır.

    Araşdırma zamanı Nadir Həşimovun meyiti xarici və daxili müayinə olunmuş, meyitin üzərində yanıq xəsarətlərindən başqa hər hansı kənar xəsarət aşkar olunmayıb.

    Hazırda araşdırma davam etdirilir, ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

    LEQAL.AZ
    PAYLAŞ:

    Oxşar xəbərlər