Polis nişanlısının qolunu sındıran oğlanı axtarır.
Bakıda nişanlısı tərəfindən döyülən 27 yaşlı gənc qızın hər iki qolu sınıb.
"Leqal"ın məlumatına görə, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin inspektoru, polis mayoru Anar Qafarov Trend-ə bildirib ki, nişanlısını döyərək qollarını sındıran şəxsin tutulması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Qeyd edək ki, 1995-ci il təvəllüdlü İsmayılova Cəmilə İsmayıl qızı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona hər iki qolun mil sümüyünün sınığı diaqnozu qoyulub.
Polis nişanlısının qolunu sındıran oğlanı axtarır
LEQAL.AZ