Sürücülərdən heç kim sahibsiz itlərin hücumuna məruz qalan şəxsə yardım etmədi

Sürücülərdən heç kim sahibsiz itlərin hücumuna məruz qalan şəxsə yardım etmədi
  • Hadisə

  • İstanbulun Bakırköy rayonunda işə gedən kişi altıdan çox sahibsiz itin hücumuna məruz qalıb.

    İtlərin sürü şəklində kişiyə hücumu təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb.

    Videoda diqqət çəkən digər məqam hadisə yerindən keçən avtomobillərdən heç birinin itlərin hücumuna məruz qalan şəxsə kömək etməməsidir.

    Yalnız bir nəfər piyada hücuma məruz qalan şəxsə kömək etməyə çalışır.

    Ciddi xəsarət alan şəxsin xəstəxanaya yerləşdirildiyi bildirilir.

    Mənbə: “İhlas Haber Ajansı” (İHA)
    PAYLAŞ:

    Oxşar xəbərlər