Bakıda avtomobilə atəş açdılar

Bakıda avtomobilə atəş açdılar
  • Hadisə

  • Yanvarın 20-si saat 18:00 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində naməlum şəxs qəsəbə sakini Tərlan Namazovun idarə etdiyi “Pajero” markalı avtomobilə odlu silahdan atəş açıb.

    Bu barədə hüquq-mühafizə orqanlarından məlumat əldə edib.

    Əməkdaşımız bununla əlaqədar DİN-in Mətbuat Xidməti ilə əlaqə saxlayıb. Mətbuat xidmətindən bildirilib ki, fakt qeydə alınıb, xoşbəxtlikdən xəsarət alan yoxdur. Hadisəni törədən  şəxsin müəyyən edilərək tutulması istiqamətində polis əməkdaşları tərəfindən zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir. /oxu.az

    LEQAL.AZ
    PAYLAŞ:

    Oxşar xəbərlər