Bakıda kişi sevgilisinin keçmiş ərini döyərək komaya saldı

Bakıda kişi sevgilisinin keçmiş ərini döyərək komaya saldı
  • Hadisə

  • Bakının Sabunçu rayonu ərazisində bir nəfəri döyərək, ona ağır xəsarətlər yetiriblər.

    "Leqal" xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində baş verib.

    1980-ci il təvəllüdlü Atakişiyev Ramin Mobil oğlu övladını görmək üçün keçmiş həyat yoldaşı ilə görüş təyin edib. Xəlil bəy Xasməmmədov küçəsi 1 B ünvanda R.Atakişiyevi keçmiş həyat yoldaşının hazırda qeyri-rəsmi nikahda yaşadığı şəxs qarşılayıb.

    Həmin şəxs R.Atakişiyevi küt alətlə döyərək ona ağır xəsarətlər yetirib. R.Atakişiyev komatoz vəziyyətində xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. /apa

    LEQAL.AZ
    PAYLAŞ:

    Oxşar xəbərlər