Şamaxıda baxımsız qalan uşaqlar dövlət tərəfindən nəzarətə götürülüb

Şamaxıda baxımsız qalan uşaqlar dövlət tərəfindən nəzarətə götürülüb
  • Hadisə / Maraqlı

  • Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Şamaxıda baxımsız qalan uşaqlarla bağlı açıqlama verib.

    Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib ki, Şamaxının İkinci Çaylı kəndində baxımsız qalan uşaqlar dövlət nəzarətinə götürülüb:

    "Artıq azyaşlılar müvafiq qurumların əməkdaşları tərəfindən olduğu yerdən götürülüb. Uşaqların hüquqlarının müdafiəsi istiqamətində lazım olan bütün tədbirlər görüləcək. Həyata keçiriləcək növbəti hüquqi tədbirlərlə bağlı ictimaiyyətə məlumat veriləcək".

    LEQAL.AZ


    PAYLAŞ:

    Oxşar xəbərlər