Oğurlanan iki yaşlı uşaq tapıldı - İki nəfər saxlanıldı

Oğurlanan iki yaşlı uşaq tapıldı - İki nəfər saxlanıldı
  • Hadisə / Maraqlı

  • Oğurlanan 2 yaşlı uşaq polis əməkdaşları tərəfindən tapılıb.

    "Leqal" xəbər verir ki, bu barədə DİN Mətbuat Xidmətinin inspektoru polis mayoru Anar Qafarov məlumat verib.

    Məlumata görə, Sabunçu Rayon Polis İdarəsi və 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən intensiv əməliyyat-axtarış tədbiri nəticəsində 2021-ci il dekabrın 29-da Sabunçu qəsəbəsində oğurlanan 2 yaşlı Məhəmməd Elgün oğlu Şıxəliyev tapılıb.

    Onu oğurlamaqda şübhəli bilinən Gültəkin Muradova və Şamil Əliyev saxlanılıblar. Araşdırmalar davam etdirilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər