Bakının Nizami rayonunda dava zamanı 17 yaşlı oğlan bıçaqlanıb.
"Leqal" xəbər verir ki, hadisə Qara Qarayev prospektində qeydə alınıb.
2004-cü il təvəllüdlü Əliyev Adil Adəm oğlu naməlum şəxslərlə əlbəyaxa dava zamanı bıçaqlanıb. O, kürək nahiyəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır./Apa