Yevlaxda 13 yaşlı qardaşı qızını qaçıraraq təcavüz etməkdə şübhəli bilinən Elçin Mustafayev həbs edilib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.
Qeyd edilib ki, faktla bağlı Yevlax Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin "On dörd yaşına çatmayan şəxsə qarşı seksual xarakterli hərəkətlər etmə" və "On dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma" maddələri ilə cinayət işi başlanılıb.
E.Mustafayev barəsində həbs qətimkan tədbiri seçilib, istintaq davam etdirilir. (APA)