Binalara istilik verilmir, sakinlər üst geyimində yatır.
"Leqal" Bakıvaxtı.az-a istinadən xəbər verir ki, Şirvan şəhərində şəhid ailələrinin və məcburi köçkünlərin yaşadığı yaşayış kompleksində binalara və məktəbə 1 aydır istilik verilmir.
Bunun nəticəsində infeksion xəstəliyi kütləvi şəkildə yayılıb. Şagirdlər tədris porsesindən kənarlaşdırılıblar.
18 yaşından yuxarı olan şəxslər xəstəlik səbəbindən koronavirus əleyhinə peyvənd oluna bilmirlər.
Mənzil Kommunat Təsərrüfat Birliyindən sakinlərə bildirilib ki, bu il istiliyin verilməsi nəzərdə tutulmayıb.
Nazirlər Kabinetinin mərkəzi istilik sisteminin qazanxanalarından istifadə tariflərinə görə noyabrın 15-də binalara istiliklə təminatı olmalıdır. İstilik sistemi 15 noyabrdan 15 aprelə qədər – 152 gün istilik mövsümündə fəaliyyət göstərməlidir.