Mingəçevirdə bir ailənin beş üzvü dəm qazından zəhərləndi

Mingəçevirdə bir ailənin beş üzvü dəm qazından zəhərləndi
  • Hadisə

  • Mingəçevirdə bir ailənin 5 üzvü dəm qazından zəhərlənib.

    Leqal.az xəbər verir ki, hadisə gecə saatlarında Bozdağ fərdi yaşayış massivində, 16-cı döngə, ev 14 ünvanında baş verib.

    Belə ki, 1978-ci il təvəllüdlü İnqilab Qara oğlu Yusifzadə, onun arvadı, 1978-ci il təvəllüdlü Azadə Afiq qızı Yusifzadə, iki övladı yaşadığı və həmçinin ailə başçısının anası evdə dəm qazından zəhərlənib.apa

    Nənənin və uşaqların vəziyyəti ilkin tibbi yardım göstərildikdən sonra normallaşıb. Ər və huşsuz vəziyyətdə olan arvad isə xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər