Azərbaycanda polis polkovnik-leytenantı vəfat edib.
LEQAL.AZ xəbər verir ki, bu barədə oxu.az-a onun ailə yaxınları bildirib.
Qeyd edilib ki, uzun müddət böyrək çatışmazlığından əziyyət çəkən polis polkovniki Qədirov Maksim Süleyman oğlu bu gecə dünyasını dəyişib.
Xatırladaq ki, Qədirov Maksim 1946-cı ildə Laçın rayonunun Arduşlu kəndində anadan olub.
Xidmət illərində müxtəlif vəzifələrdə çalışıb. 1979-1984-cü illərdə Kəlbəcər Rayon Polis Şöbəsinin, 1994-1996-cı illərdə Laçın Rayon Polis Şöbəsinin, 1996-2005-ci ilə qədər isə Qobustan Rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb.