Azərbaycanda sürüşkən yolda dəhşətli hadisə

Azərbaycanda sürüşkən yolda dəhşətli hadisə
  • Hadisə

  • Ötən gecə Bakı-Şamaxı yolunun Qobustan rayonundan keçən hissəsində ağır yol qəzası baş verib.

    LEQAL.AZ publika.az-a istinadən xəbər verir ki, Allahverdiyev Samir Sərdar oğlunun idarə etdiyi "Daevoo" markalı minik avtomobili yolun sağındakı çökəkliyə düşərək aşıb. Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

    Bildirilir ki, hadisəyə havanın yağıntılı olması səbəbindən yolun və yol kənarının sürüşkən olması və sürücünün manevr qaydalarına əməl etməməsi səbəb olub.

    Faktla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər