Xalq rəssamı Arif Qazıyev vəfat etdi

Xalq rəssamı Arif Qazıyev vəfat etdi
  • Hadisə

  • Xalq rəssamı, heykəltəraş Arif Qazıyev bu gün vəfat edib.

    Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

    Qeyd edək ki, Arif Qazıyev 1937-ci ildə yanvarın 2-də İrəvan şəhərində anadan olub.

    Müxtəlif janrlarda və mövzularda yaradılmış “Babək”, “Hüseyn Cavidin büstü” (H.Cavidin Naxçıvanda ev-muzeyi), ”Qırat bizi gözləyir”, ”Qafqaz qartalları”, ”Cəngi”, “Canlı qala”, “Dəhşət”, ”Soyuq”, ”İki bumeranq” və s. əsərlərin müəllifi olan 84 yaşlı incəsənət xadimi Arif Qazıyev 2018-ci ildə Azərbaycanın xalq rəssamı adına layiq görülüb.
    PAYLAŞ:

    Oxşar xəbərlər