İsmayıllıda dağlıq ərazidə yanğın başlayıb, hadisə yerinə helikopter cəlb edilib

İsmayıllıda dağlıq ərazidə yanğın başlayıb, hadisə yerinə helikopter cəlb edilib
  • Hadisə

  • Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə İsmayıllı rayonu, Sərdahar kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

    LEQAL.AZ  xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, məlumatla əlaqədar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin 1 ədəd helikopteri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları yanğınsöndürmə işlərinə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.

    İlkin məlumata əsasən dağlıq ərazidə quru ot və kol-kos yanır.

    Əlavə məlumat veriləcək.
    PAYLAŞ:

    Oxşar xəbərlər