Kabul aeroportu qan içində - 15 Amerika əsgəri, onlarla mülki həlak oldu

Kabul aeroportu qan içində - 15 Amerika əsgəri, onlarla mülki həlak oldu
  • Hadisə

  • Kabil hava limanında törədilmiş terror aktı nəticəsində ABŞ hərbçiləri həlak olub.

    LEQAL.AZ  bildirir ki, bu barədə Pentaqonun mətbuat katibi Con Kirbinin yaydığı bəyanatında bildirilib.

    Bəyanatda qeyd olunub ki, hava limanına edilmiş kompleks hücum nəticəsində ABŞ hərbçiləri arasında ölənlər və yaralananlar var.

    ***

    Kabildə baş verən partlayış nəticəsində ölən ABŞ həbrçilərinin sayı 15-ə çatıb.

    Azerforum "CNN-Türk"ə istinadən xəbər verir ki, itkinlər də var, onların dəqiq sayı açıqlanmayıb.

    Siyasi analitik Turab Rzayev bu məsələyə aydınlıq gətirib:" Əfganıstanda canlı bomba partlamaları baş verir. İşid olduğu deyilir. Mümkün səbəbləri belə qruplaşdırmaq olar.

    Taliban bunda ən az maraqlı tərəfdir. Çünki, Əfqanıstan mərkəzi bankının 9 milyard rezervlərinin cəmi 20-30 milyonuna əli çatır. Bu dəqiqə Talibana sakitlik hava-su kimi lazımdır. Ölkədə nəzarəti tam ələ alsın, qonşu ölkələrə də mülayim mesajlar verir. 2 səbəb ola bilər: 1) İŞİD-in intiqamı. Taliban hənəfidir, sələfi (vəhhabi)  xəttinə qadağalar qoymuşdu, onun əvəzi kimi edilə bilər. 2) xarici qüvvələr Talibanı nəyəsə məcbur etmək istəyir. Məsələn, bugün Almaniya Müdafiə Nazirliyi Kabul aeroportundakı insidentdən sonra ölkədən hələ ki, əsgərlərini evakuasiya edə bilməyəcəklərini bildirdi. Evakuasiya üçün son tarix 30 avqust idi, ola bilsin bu partlayış digər evakuasiyaları da gecikdirsin. Və Qərbin bunda nəsə marağı varsa, yaxın günlərdə üzə çıxacaq. 15 Amerika əsgərinin həlak olması ABŞ üçün casus belli ola bilər."
    PAYLAŞ:

    Oxşar xəbərlər