Atlantik okeanı üzərində formalaşan “Henri” qasırğası ABŞ-ın şərq sahillərinə çatıb.
Bu barədə ölkənin Qasırğaların Müşahidəsi üzrə Milli Mərkəzindən məlumat verilib.
Bildirilib ki, küləyin sürəti 27 metr/saniyəyə çatıb. Qasırğa leysan yağışlarla müşahidə olunur.
Xatırladaq ki, gözlənilən təbiət hadisəsilə əlaqədar Nyu-Yorkun bəzi rayonlarında fövqəladə vəziyyət elan olunub.