Ermənistanda 30-dan çox adam kanatın kabinəsində asılı vəziyyətdə qaldı

Ermənistanda 30-dan çox adam kanatın kabinəsində asılı vəziyyətdə qaldı
  • Hadisə

  • Ermənistanın Sünik bölgəsində uzunluğu 5,7 kilometr olan kanat xətti elektrikin kəsilməsi səbəbdən dayanıb.

    LEQAL.AZ  apa-ya istinadən xəbər verir ki, kanatdan asılı qalan kabinələrdə 30-dan çox ziyarətçi var. Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti Faktı təsdiqləyib.

    Qeyd edilib ki, hadisə vaxtı kabinələrdən birində 20-22, digərində isə 10-15 nəfər olub.

    Kanatda hərəkət dayandırılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər