Şimali İtaliyada dağ kanat xəttində baş vermiş qəza nəticəsində 9 nəfər həlak olub

Şimali İtaliyada dağ kanat xəttində baş vermiş qəza nəticəsində 9 nəfər həlak olub
  • Dünya

  • Şimali İtaliyada Macciore gölü yaxınlığında dağ kanatında baş vermiş qəza nəticəsində azı doqquz nəfər həlak olub.

    LEQAL.AZ xəbər verir ki, Stresa-Mottarone istiqamətində kanatla hərəkət edən kabinə Mottarone dağı çatmağa az qalmış qəzaya uğrayıb. İlkin məlumatlara görə, 40 nəfərin daşınması üçün nəzərdə tutulan kabinədə 12 nəfərin olduğu ehtimal olunur. Ağır yaralanan üç şəxsdə ikisi uşaqdır və onlar təcili tibbi yardım helikopterləri ilə Turin şəhərindəki xəstəxanalardan birinə çatdırılıblar.

    Dəniz səviyyəsindən təxminən 1420 metr yüksəklikdə Mottarone dağının zirvəsi istiqamətindəki yollar qəza ilə əlaqədar bağlanıb, hadisə yerinə təcili tibbi yardım, xilasetmə və yanğınsöndürmə heyətləri cəlb ediliblər. Qəzanın yüksək dağlıq ərazidə baş verməsi və kabinənin yuvarlanaraq meşə massivinə düşməsi xilasetmə əməliyyatlarını çətinləşdirib.

    “La Stampa“ qəzetinin verdiyi məlumata görə, kanat qurğusunda daşıyıcı kabelin sıradan çıxaraq qırılması qəzanın baş verməsinə səbəb olub. 1970-ci ildə inşa edilən və 2014-2016-cı illərdə əsaslı təmir edilən kanat sistemi Macciore gölü sahilindəki Stresa qəsəbəsini Mottarone dağının zirvəsi ilə birləşdirir.(azərtac)
    PAYLAŞ:

    Oxşar xəbərlər