Türkiyədən Ermənistana və Rusiyaya SƏRT XƏBƏRDARLIQ:

Türkiyədən Ermənistana və Rusiyaya SƏRT XƏBƏRDARLIQ:
  • Hadisə

  • Bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə, Türkiyə lideri Ərdoğanın telefon danışığında sərhəddə baş verən proseslər də müzakirə olundu.

    LEQAL.AZ  xəbər verir ki, bu barədə konkret.az-a fikir bildirən araşdırmaçı jurnalist Asif Nərimanlı bəzi məqamlara diqqət çəkib. O Türkiyə Milli Təhlükəsizlik Şurasının dünən keçirilən iclasında Ermənistana öhdəliklərini yerinə yetirməklə bağlı xəbərdarlıq edildiyini vurğulayıb: “Yanğınlara görə diqqəti daxili məsələyə yönələn Türkiyə bununla tərəflərə – Ermənistana, dolayısı ilə həm də Rusiyaya mövqeyini xatırladır, Azərbaycanın yanında olduğu mesajını verir. Bunun fonunda müdafiə naziri Zakir Həsənovun Kəlbəcər sərhədinə getməsi diqqət çəkir. Nazirin Kəlbəcərə səfərindən iki nəticə çıxmaq olar: Birincisi, Ermənistanın istəyinin əksinə olaraq, Azərbaycan ordusu mövqelərindən geri çəkilməyəcək mesajı verilir. İkincisi isə Ermənistanın sərhədlərin bərpası prosesinə törədəcəyi maneələrə qarşı hərbi variantın aktuallığı diqqətə çatdırılır. İstisna deyil ki, Əliyev sərhəd istiqamətində atılacaq addımları da Ərdoğanla müzakirə edib”.
    PAYLAŞ:

    Oxşar xəbərlər