Bakıda mənzildən kişi meyiti aşkar edilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Bakı şəhərinin Xəzər rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1967-ci il təvəllüdlü Ağayev Elşən Həmzəxan oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.