Bakıda yaşayış binasında yanğın

Bakıda yaşayış binasında yanğın
  • Hadisə

  • Bakıda yataqxanada yanğın olub.

    Fövqəladə Hallar Nazirliyindən LEQAL.AZ-a verilən məlumata görə, Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsində beşmərtəbəli yataqxana binasında yanğın olub. FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının olduğu ünvana cəlb olunub.

    Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq tam söndürülüb.

    ***
    Bakıda yaşayış binasında yanğın başlayıb.

    LEQAL.AZ  xəbər verir ki, hadisə Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində qeydə alınıb.

    Belə ki, ərazidə yerləşən beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində başlayan yanğın davam edir./report


    PAYLAŞ:

    Oxşar xəbərlər