Qubada oğul atasını avtomobillə vuraraq öldürüb

Qubada oğul atasını avtomobillə vuraraq öldürüb
  • Hadisə

  • Qubada bədbəxt hadisə nəticəsində oğlu atasını öldürüb.

    LEQAL.AZ  report-a istinadən xəbər verir ki, bədbəxt hadisə rayonun Paşaoba kəndində qeydə alınıb.

    Belə ki, kənd sakini 1976-cı il təvəllüdlü Habil Cəbrayılov idarə etdiyi "Ford" markalı yük avtomobilini geri sürərkən avtomobilin arxasında duran atası 1940-cı il təvəllüdlü Ruzman Cəbrayılovu vurub.

    Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılan R. Cəbrayılovu həkimlərin səylərinə baxmayaraq, həyatda saxlamaq mümkün olmayıb.

    Faktla bağlı araşdırma aparılır.

    PAYLAŞ:

    Oxşar xəbərlər