Ağcabədidə 5 otaqlı ev yandı

Ağcabədidə 5 otaqlı ev yandı
  • Hadisə

  • Ağcabədi rayonunda yanğın baş verib.

    Fövqəladə Hallar Nazirliyindən LEQAL.AZ-a verilən məlumata görə, rayonun Aşağı Avşar kəndində ümumi sahəsi 156 m² olan birmərtəbəli 5 otaqlı evin 4 otağının yanar konstruksiyaları və dam örtüyü 106 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
    PAYLAŞ:

    Oxşar xəbərlər