ABŞ-da keçiriləcək seçkilərdə 68 milyondan çox insan vaxtında əvvəl səs verib

ABŞ-da keçiriləcək seçkilərdə 68 milyondan çox insan vaxtında əvvəl səs verib
  • Dünya

  • LEQAL.AZ  trend-ə istinadən xəbər verir ki, Noyabr ayında ABŞ-da keçiriləcək ümumi seçkilərdə 68 milyondan çox ölkə vətəndaşı vaxtından əvvəl səs verib.

    Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə hesablamalar Florida ştatı Universitetinin professoru Maykl Makdonald tərəfindən yaradılan "United States Elections Project" layihəsində dərc edilib.

    Məlumata əsasən, ümumilikdə ABŞ-da 68 594 113 nəfər artıq vaxtından əvvəl səs verib. Vaxtından əvvəl səs verən vətəndaşların sayına görə ilk pillədə Texas ştatı (7 802 505 amerikalı), ikinci pillədə Kaliforniya ştatı (7 402 302), üçüncü pillədə Florida ştatı (6 427 773), dördüncü pillədə isə

    Şimali Karolina ştatı (3 411 850) qərarlaşıb.

    Vaxtından əvvəl seçimini edən vətəndaşların sayının 1 milyonu keçdiyi ştatların sayı 16-ya bərabərdir.
    PAYLAŞ:

    Oxşar xəbərlər