Türkiyə və Rusiya hərbçiləri Suriyada növbəti patrul xidməti aparıb

Türkiyə və Rusiya hərbçiləri Suriyada növbəti patrul xidməti aparıb
  • Dünya

  • Türkiyə və Rusiya hərbçiləri Suriyanın şimal-şərqində yerləşən Haseke əyalətinin Qamışlı şəhəri rayonunda ilk dəfə olaraq ən uzun məsafədə - 100 kilometrlik marşrut üzrə patrul xidməti aparıblar.

    LEQAL.AZ TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Rusiya Silahlı Qüvvələrinin polkovniki Andrey Titovun sözlərinə görə, patrul xidməti insidentsiz başa çatıb.

    “Bu gün Şeyrek keçidindən başlayan növbəti Türkiyə-Rusiya patrulu başa çatıb. Patrul xidməti marşrutunun uzadılması daha çox yaşayış məntəqəsinin əhatə olunmasına şərait yaradıb. Xidmət ştat rejimində keçirilib, şəxsi heyət və texnika qarşıya qoyulan məsələlərin öhdəsindən gəlib”, - deyə Andrey Titov bildirib.

    Birgə patrul zamanı əldə edilmiş razılaşma əsasında kürd silahlılarının çıxarılmalı olduğu 10 yaşayış məntəqəsində vəziyyətin monitorinqi aparılıb.

    Patrul xidmətində hər iki tərəfin 60-dan çox hərbçisi və 10-dan çox texnikası iştirak edib.(azərtac)
    PAYLAŞ:

    Oxşar xəbərlər