Hindistanın qərbindəki Bxarux şəhərinin xəstəxanasında baş vermiş yanğın nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb.
LEQAL.AZ reporta-a istinadən xəbər verir ki, bu barədə polisə istinadən PTI bildirib.
Daha əvvəl yerli polis hadisə zamanı 12 nəfərin həlak olduğunu bildirib. Hadisə xəstəxananın intensiv terapiya şöbəsində elektrik qısaqapanmasından baş verib. Alov söndürülüb.
Məlumata görə, dörd mərtəbəli binada yanğın zamanı daha 50 nəfər olub. Onlar yanğınsöndürənlər və sakinlər tərəfindən binadan təxliyə ediliblər.
06:02
Hindistanın qərbindəki Bxarux şəhərinin xəstəxanasında baş vermiş yanğın nəticəsində azı 12 pasiyent həlak olub.
“Report” xəbər verir ki, bu barədə şənbə günü polisə istinadən “Hindustan Times” qəzeti bildirib.
"Koronavirusdan müalicə almış bölmənin azı 12 pasiyenti yanğın və ya yanan məhsulların tüstüsündən zəhərlənmədən həlak oldular", - yerli polisin nümayəndəsi bildirib. O, ölənlərin sayının arta biləcəyindən narahatlığını ifadə edib.
Yanğın bir saat müddətində lokallaşdırılıb, təxminən 50 pasiyent yerli sakinlər və yanğınsöndürənlər tərəfindən xilas edilib. Hadisənin başvermə səbəbi müəyyənləşdirilir.
LEQAL.AZ