Rəcəb Tayyib Ərdoğan: Ədalət və İnkişaf Partiyasının əsas məqsədi Türkiyə xalqına xidmət etməkdir

Rəcəb Tayyib Ərdoğan: Ədalət və İnkişaf Partiyasının əsas məqsədi Türkiyə xalqına xidmət etməkdir
  • Dünya

  • Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının Bayburt, Girəsun, Niğdə ve Zonguldağ vilayət təşkilatlarının növbəti konfransı keçirilib.

    LEQAL.AZ xəbər verir ki, Türkiyə Prezidenti, AKP sədri Rəcəb Tayyib Ərdoğan siyasi həmfikirləri qarşısındakı çıxışında rəhbərlik etdiyi partiyanın hədəf və məqsədlərindən, keçdiyi inkişaf yolundan, qarşıda duran vəzifələrdən danışıb.

    “Ədalət və İnkişaf Partiyasının əsas məqsədi Türkiyə xalqına xidmət etməkdir”, - deyən AKP sədri Rəcəb Tayyib Ərdoğan əminliklə bildirib ki, partiyanın bütün təşkilatları bundan sonra da öz işi ilə insanların rəğbətini qazanacaq və ölkənin xidmətində olacaq. Rəcəb Tayyib Ərdoğan bildirib ki, AKP son 18 ildə qatıldığı 15 seçkinin hamısında qələbə qazanıb.(azərtac)
    PAYLAŞ:

    Oxşar xəbərlər