Ötən həftə İndoneziyanın Qərbi Sulavesi və Cənubi Kalimantan əyalətlərində baş vermiş zəlzələ və daşqınlar nəticəsində həyatını itirənlərin sayı 96 nəfərə çatıb.
Xatırladaq ki, yanvarın 15-də gecə saatlarında Qərbi Sulavesi əyalətinin Mamucu şəhəri yaxınlığında 6,2 və 5,7 bal gücündə silsilə zəlzələlər baş verib. Bunun ardınca ərazidə daha 28 afterşokun qeydə alındığı bildirilir. Yeraltı təkanlar nəticəsində mindən artıq ev dağılıb.
Hazırda axtarış-xilasetmə işləri davam edir.
LEQAL.AZ xəbər verir ki, Təbii fəlakətlərin qurbanlarının ailə üzvlərinə başsağlığı verən Prezident Coko Vidodo yerli hakimiyyət orqanlarına zəlzələnin və daşqınların nəticələrinin aradan qaldırılması üçün operativ fəaliyyət göstərmələri barədə tapşırıq verib.