Türkiyənin Muğla vilayətinin Marmaris rayonunda qanunsuz yollarla ölkə ərazisini tərk etmək istəyən 13 FETÖ terrorçusu ələ keçirilib.
LEQAL.AZ azərtac-a istinadən xəbər verir ki, Marmaris Sahil Mühafizə Xidmətinin əməkdaşları tərəfindən saxlanılan terrorçuların qayıqlar vasitəsilə Yunanıstana keçmək istədikləri müəyyən edilib.
Saxlanılan terrorçulardan 11-i həbs edilib. Onların arasında FETÖ ilə əməkdaşlıqda şübhəli bilinərək işdən azad olunan və araşdırmaları davam edən hərbçi, polis və müəllimlər də var.