Ukraynada son sutka ərzində 5990 nəfər COVID-19-a yoluxub, 2131 pasiyent xəstəxanalara yerləşdirilib, 116 nəfər isə bu xəstəlikdən ölüb.
Yanvarın 16-na olan vəziyyətə görə, Ukraynada 1 milyon 160 min 682 yoluxma faktı təsdiqlənib.
Xəstələnənlərdən 865 min 960 nəfər müalicə olunaraq evə buraxılıb.
LEQAL.AZ xəbər verir ki, Pandemiya dövründə koronavirusdan ölənlərin sayı 20 min 984 nəfərə çatıb.