Qazaxıstanda əhaliyə peyvəndin vurulmasına 2021-ci ilin fevralında başlanılacaq

Qazaxıstanda əhaliyə peyvəndin vurulmasına 2021-ci ilin fevralında başlanılacaq
  • Dünya

  • Qazaxıstanda COVID-19 infeksiyasına yoluxanların sayı ümumilikdə 158 min 302 nəfərə çatıb.

    LEQAL.AZ xəbər verir ki, Səhiyyə Nazirliyinin məlumatına görə, 2020-ci il martın 13-dən bu günə qədər ölkədə koronavirus infeksiyasından 2 min 339 nəfər həyatını itirib, koronavirusdan sağalanların sayı 145 mindən çoxdur. Hazırda 22 min 949 nəfər koronavirus infeksiyasından müalicə alır.

    Qeyd edək ki, Qazaxıstan dekabrın 21-də Rusiyanın "Sputnik V" peyvəndinin istehsalına başlayıb və əhaliyə peyvəndin kütləvi şəkildə vurulmasına 2021-ci ilin fevralında başlanacağı nəzərdə tutulub.(azərtac)
    PAYLAŞ:

    Oxşar xəbərlər