Yeni İl bayramı ilə əlaqədar Gürcüstanda dekabrın 31-də ləğv edilən komendant saatı yenidən qüvvəyə minib.
LEQAL.AZ-ın xəbərinə görə, yanvarın 1-i saat 21:00-dan səhər saat 05:00-dək komendant saatı tətbiq olunacaq. Bu müddətində istər piyadaların, istərsə də avtomobillərin hərəkətinə icazə verilməyəcək.
Qeyd edək ki, komendant saatı, həmçinin yanvarın 6-da müvəqqəti olaraq, bir günlüyünə ləğv olunacaq.