İsrailin Baş naziri xarici ölkələrə səfərlərini təxirə saldı

İsrailin Baş naziri xarici ölkələrə səfərlərini təxirə saldı
  • Dünya

  • İsrailin Baş naziri Binyamin Netanyahunun növbəti həftə Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) və Bəhreynə planlaşdırılan rəsmi səfərləri yenidən təxirə salınıb.

    LEQAL.AZ-ın məlumata görə, bu dəfə səfərlər İsraildə yeni növ koronavirusa yoluxanların sayının artması ilə əlaqədar karantin tədbirlərinin sərtləşməsinə görə təxirə salınıb.

    Nəşrə əsasən, informasiya BƏƏ-dəki mənbələr tərəfindən təsdiq olunub.

    İsrailin hökumət başçısının rəsmi Təl-Əvivin bu yaxınlarda diplomatik münasibətlər qurduğu iki ölkəyə səfəri artıq ikinci dəfədir təxirə salınır. Səfər əvvəlcə dekabrın 1-də nəzərdə tutulmuşdu, amma BƏƏ hakimiyyətinin xahişilə, dekabrın 2-də ölkədə Müstəqillik Gününün bayram edilməsi ilə əlaqədar başqa vaxta keçirilmişdi.
    PAYLAŞ:

    Oxşar xəbərlər