Moskvada son sutka ərzində koronavirusdan 76 nəfər dünyasını dəyişib.
apa RİA Novostiy-ə istinadən xəbər verir ki, bu barədə paytaxtda yaradılmış Operativ Qərargah məlumat yayıb.
Bununla da Rusiya paytaxtında yeni növ virusdan ölənlərin sayı 10 989 nəfərə çatıb.
Qeyd edək ki, ötən gün Moskvada ölüm sayı 73 olub.