ABŞ-ın Massaçusets ştatının Linn şəhərində klip çəkilişi zamanı baş verən atışmada azı 1 nəfər öldürülüb.
LEQAL.AZ-ın məlumatına görə, bu barədə "Fox" teleşirkəti polisə istinadən məlumat yayıb.
Məlumatda bildirilir ki, musiqili videoklipin çəkilişi zamanı qeydə alınan silahlı insident zamanı daha 5 nəfər yaralanıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, yaralılardan ikisi ağır vəziyyətdədir.