Türkiyədə koronavirusla mübarizə tədbirləri çərçivəsində 28 dekabrdan hava, 30 dekabrdan isə quru yolla ölkə ərazisinə daxil olan şəxslərdən son 72 saatda alınmış neqativ PCR test nəticəsi ilə bağlı sənəd tələb olunacaq.
LEQAL.AZ xəbər verir ki, bu barədə Türkiyə səhiyyə naziri Fəxrəddin Qoca sosial mediada yazıb.
O bildirib ki, bütün dünyada koronavirusa yoluxma sürəti artdığından belə bir qərar verməli olublar.
“Bu səbəbdən də PCR test nəticələrinin yoxlanılması vacib olacaq. Əks halda, ölkəyə girişə icazə verilməyəcək”, -deyə nazir əlavə edib.
Neqativ test nəticəsi ilə bağlı xüsusi arayış təqdim etmə məcburiyyəti 2021-ci il martın 1-dək qüvvədə olacaq.qafqazinfo