Misirdə Yeni il şənlikləri qadağan edilib

Misirdə Yeni il şənlikləri qadağan edilib
  • Dünya

  • Misir hökuməti COVID-19 pandemiyasının daha çox yayılmasının qarşısını almaq məqsədilə paytaxt Qahirə və digər şəhərlərdə Yeni il şənliklərinin qadağan edilməsi barədə qərar qəbul edib.

    LEQAL.AZ xəbər verir ki, bu barədə jurnalistlərə Misirin Baş naziri Mustafa Mədbuli bildirib.

    Misir Nazirlər Kabinetinin iclasından sonra mətbuat nümayəndələrinə açıqlama verən Mədbuli qeyd edib ki, hazırda ölkədə yeni növ koronavirusa yoluxanların və bu xəstəlikdən vəfat edənlərin sayı artmaqdadır. Bu səbəbdən Yeni il ərəfəsində insanların bir yerə toplaşmasının qarşısını almaq məqsədilə şənliklərin keçirilməsinə icazə verilməyəcək.

    Pandemiyanın başlamasından bəri Misirdə COVID-19-a 127 min nəfər yoluxub, 7 mindən çox insan vəfat edib.
    PAYLAŞ:

    Oxşar xəbərlər