Rusiya yeni silahların inkişafı proqramını planlaşdırarkən Qarabağdakı döyüş təcrübəsini nəzərə alacaq

Rusiya yeni silahların inkişafı proqramını planlaşdırarkən Qarabağdakı döyüş təcrübəsini nəzərə alacaq
  • Dünya

  • Rusiya hökuməti yeni silahların inkişafı proqramını planlaşdırarkən Suriya və Qarabağdakı döyüş əməliyyatları təcrübəsini nəzərə alacaq.

    Rusiya baş nazirinin müavini Yuri Borisov RBK-ya müsahibəsində deyib.

    O bildirib ki, 2033-cü ilədək olan müddət üçün hazırlanacaq proqramda pilotsuz vasitələrin istifadəsi təcrübəsi nəzərə alınacaq.

    "Baxın, pilotsuz vasitələrin istifadəsi ilə hərbi qarşıdurmaların xarakteri necə dəyişib? Bu, artıq sabit bir trendə çevrilir. Bu vasitələr kəşfiyyat üçün idi, lakin bu gün bunlardan zərbə endirmək məqsədilə də istifadə olunur. Qarabağ müharibəsi bu vasitələrin necə işlədiyini göstərdi", - deyə Rusiya baş nazirinin müavini bildirib.

    Y. Borisov əlavə edib ki, Suriyada istifadə olunmuş “Kalibr” raket sistemləri, X-101 kimi yüksək dəqiqlikli silahların istifadəsi təcrübəsi də nəzərə alınacaq.

    Qeyd edək ki, 2018-2027-ci illər üçün Rusiyanın mövcud silah proqramının həcmi təxminən 20 trilyon rubl təşkil edir. 2020-ci ilin iyul ayında Rusiyanın Maliyyə Nazirliyi koronavirusla əlaqədar iqtisadi çətinlikləri nəzərə alaraq, proqramın büdcəsinin yaxın üç ildə 5% azaldılmasını təklif edib, sentyabr ayında Rusiya hökuməti bu təklifi təsdiqləyib.(apa)
    PAYLAŞ:

    Oxşar xəbərlər