Türkiyə Böyük Britaniya, Danimarka, Niderland və Cənubi Afrika Respublikasından uçuşları müvəqqəti dayandırıb.
LEQAL.AZ xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.
Onun sözlərinə görə, uçuşlar koronavirusun yeni aşkarlanan mutasiyası səbəbindən dayandırılıb: "Bildirilirdi ki, koronavirus mutasiyasından sonra Böyük Britaniyada onun yayılma sürəti artıb. Prezidentin tapşırığı və Nəqliyyat və İnfrastruktur Nazirliyinin koordinasiyası ilə Böyük Britaniya, Danimarka, Niderland və Cənubi Afrika Respublikasından uçuşların müvəqqəti dayandırılması barədə qərar qəbul edilib".
Qeyd edək ki, dekabrın 14-ü Böyük Britaniyanın səhiyyə naziri Mett Henkok bildirib ki, britaniyalı alimlər ölkədə koronavirusun yeni mutasiyasını aşkarlayıblar. Onun sözlərinə görə, ilkin araşdırmalar göstərir ki, sözügedən ştamm digər ştammlardan daha sürətli yayılır.trend