Son sutkada Banqladeşdə koronavirusa 1153 yoluxma və bu virus səbəbindən 38 ölüm faktı qeydə alınıb.
azərtac Banqladeşin Səhiyyə Xidmətləri üzrə Baş İdarəsinə istinadla xəbər verir ki, ölkədə virusa yoluxanların ümumi sayı 500 mini ötüb, ölənlərin sayı isə 7280-ə çatıb.
Bildirilir ki, indiyədək 437 min nəfər xəstəlikdən sağalıb. Banqladeşdə virusa yoluxanların 1,45 faizi ölüb, 87 faizi isə sağalıb.
Qeyd edək ki, Banqladeşdə COVID-19 infeksiyasına ilk yoluxma martın 8-də, ilk ölüm isə martın 18-də qeydə alınıb. Ölkədə ən çox yoluxma paytaxt Dəkkə, Çattoqram və Narayanqanc şəhərlərindədir.