“5G” standartına maraq smartfonların satışını sürətləndirir

“5G” standartına maraq smartfonların satışını sürətləndirir
  • Dünya

  • Bu ilin dördüncü rübündə dünyada smartfonların satış həcminin ötən ilin eyni dövrü ilə müqayisədə 24 faiz artacağı proqnozlaşdırılır.

    LEQAL.AZ xəbər verir ki, bu proqnozla “IDC” analitik şirkəti çıxış edib. Bildirilir ki, 2021-ci ildə satış həcminin 4,4 faiz artacağı gözlənilir. Bazarda artıma həm təchizat zəncirinin gözlənilməyən sürətli artımı, həm də istehsalçı və ticarət təşkilatları tərəfindən beşinci nəsil mobil rabitə standartını (“5G”) dəstəkləyən smartfonların stimullaşdırılması ilə bağlı görülən tədbirlər xidmət edir.

    Analitiklərin sözlərinə görə, karantin şəraitində istehlakçılar turizm, restoran və digər istirahət növləri üçün xərcləri müxtəlif malların, o cümlədən məişət texnikasının alışı ilə əvəzləyiblər.

    Proqnoza görə, 2020-ci ildə “5G” dəstəkli smartfonların dünya miqyasında satış həcmi 10 faizə, 2024-cü ildə isə 29 faizədək artacaq. Əsas artım faktoru kimi onların qiymətinin “4G” dəstəkli smartfonlar səviyyəsinədək ucuzlaşması göstərilir – 2020-ci ildə “5G” dəstəkli smartfonların orta qiyməti 25 faiz azalaraq 611 dollar təşkil edəcək, 2024-cü ilədək 453 dollaradək azalacaq.

    Analitiklərin fikrincə, istehlakçılar COVID-19 pandemiyası şəraitində pula qənaət etməyə çalışsalar da, qiymətlərin qısamüddətli perspektivdə aktiv inkişafı və azalması bu amili qismən kompensasiya edə bilər.
    PAYLAŞ:

    Oxşar xəbərlər