Bu gün Minskdə keçirilən aksiyada 300-dən çox etirazçı saxlanılıb.
LEQAL.AZ xəbər verir ki, Belarus hüquq-mühafizə orqanları saxlanılan hər kəs barəsində ictimai asayişin pozulması maddəsi ilə cinayət işi başlanacaq.
Məlumatda qeyd edilib ki, paytaxtın müxtəlif rayonlarında kiçik qruplar toplaşaraq, əvvəlcədən qeyd edilməyən rəmzlər və şüarlarla müxtəlif çağırışlar səsləndiriblər. İctimai asatişin qorunması təmin edilib.(konkret)
Qeyd edək ki, Belarusdan prezident seçkisi avqystda keçirilsə də, hələ də etiraz aksiyaları davam edir.