İranda koronavirusdan ölənlərin sayı 50 minə yaxınlaşıb

İranda koronavirusdan ölənlərin sayı 50 minə yaxınlaşıb
  • Dünya

  • Son 24 saat ərzində İranda 13 min 621 nəfər koronavirusa yoluxub, 362 nəfər isə həyatını itirib.

    LEQAL.AZ xəbər verir ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyini mətbuat katibi Sima Səadət Lari gündəlik mətbuat konfransında verib. Bununla da İranda virusa yoluxanların ümumi sayı 989 min 572-ə, yoluxaraq ölənlərin sayı isə 48 min 990-a çatıb.

    Xüsusi xəstəxanalarda müalicəsini davam etdirən 6 minə yaxın xəstənin vəziyyəti ağır olaraq qalır. Müalicəsi uğurla bitən 688 min 54 xəstə isə sağalaraq evə buraxılıb.

    İranın 64 şəhərində koronavirus infeksiyası daha geniş yayılıb və bu şəhərlər qırmızı zonaya daxildir.

    Tehranda hər gün ictimai nəqliyyat vasitələri, küçələr və mağazalar dezinfeksiya edilir.(azərtac)
    PAYLAŞ:

    Oxşar xəbərlər