Rusiyanın yükdaşıma şirkətləri müflis olur

Rusiyanın yükdaşıma şirkətləri müflis olur
  • Dünya

  • Rusiya yükdaşıma bazarı artan xərclər və azalan gəlirlilik səbəbindən şirkətlərin kütləvi şəkildə iflas olması ilə üzləşib.

    "Leqal" xəbər verir ki, bu barədə “AvtoGruzEx” assosiasiyası məlumat yayıb.

    Məlumata görə, təxminən 6700 yük daşıma şirkəti ləğv və ya iflas prosesindədir ki, bu da artıq təchizat çatışmazlığına səbəb olub:

    “Nəqliyyatın orta qiyməti kilometrə görə 85-86 rubla qədər artıb, tariflər isə təxminən 75 rubl təşkil edir. Cari ilin iyun ayından etibarən lizinqlə əldə edilən avadanlıqların həcmi aylıq 20% artır”.

    Qeyd olunub ki, şirkətlərin ən azı 7%-i bazarı tərk edə bilər.
    PAYLAŞ:

    Oxşar xəbərlər