Moskvada çeçen milyarderin oğlu polisi döydü

Moskvada çeçen milyarderin oğlu polisi döydü
  • Dünya

  • Moskvada çeçen milyarder Musa Bajayevin oğlu Lujniki stadionunun ərazisində polislə dava edib.

    Leqal.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları görüntü paylaşıb.

    Belə ki, 23 yaşlı Timur Bajayev ərazidə reyd aparan polisin əmrinə tabe olmayıb və onlarla əlbəyaxa dava edib. Hazırda o saxlanılıb.

    Qeyd edək ki, Timur Bajayev çeçen iş adamı, “Alyans Qrup” şirkətinin prezidenti Musa Bajayevin oğludur. Musa Bajayevin sərvəti 750 milyon dollar dəyərində qiymətləndirilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər