Ukraynada səfərbərlikdən qaçmağa çalışan 19 nəfər çayda boğulub

Ukraynada səfərbərlikdən qaçmağa çalışan 19 nəfər çayda boğulub
  • Dünya

  • 2022-ci ilin fevralından bəri Ukraynada səfərbərlikdən qaçmağa çalışan ən azı 19 nəfər Rumıniya sərhədindəki Tisa çayında boğulub.

    Leqal.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb.

    “2022-ci ilin fevral ayından Tisada 19 kişi həlak olub. Ona görə də sizdən sərhədi keçməyin təhlükəsiz olacağını iddia edən fırıldaqçılara inanmamağınızı və özünüzü təhlükəyə atmamanızı xahiş edirik”-deyə, məlumatda vurğulanıb.

    Xəbərdə o da qeyd olunub ki, çərşənbə günü sərhədçilər yarı huşunu itirmiş kişini çaydan çıxarıblar. O, sərhədi keçməkdə kömək üçün 5 min dollar ödədiyini, lakin sərhədi vəd edilən rəsmi keçid məntəqəsindən keçmək əvəzinə, Tisa çayını qaranlıqda keçmək təklif edilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər